Coy Lens Mikels Misli Premyer Liqasının 2025/26 mövsümündə 15-ci qolunu vurub. Sport24.az xəbər verir ki, o, XXV turun "Sumqayıt"la ev görüşündə (3:1) fərqlənib.

 

Almaniyalı hücumçu 2-ci dəfə Premyer Liqada ən azı 15 qol səddinə çatır. O, 2022/23 mövsümündə 17 qola sevinib.

 


Mikels Azərbaycan çempionatları tarixində 2 fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legioner olub. Onadək yalnız Bahodir Nasimov bunu bacarıb. Özbəkistanlı forvard "Neftçi"nin heyətində 2010/11 mövsümündə 15, növbəti çempionatda 16 dəfə fərqlənib.