"Barselona" Dortmund "Borussiya"sının hücumçusu Seru Qirassi ilə maraqlanır. Sport24.az Sport.es-ə istinadən xəbər verir ki, Kataloniya klubu 30 yaşlı hücumçu üçün danışıqlara başlamağa hazırdır.
Mənbənin sözlərinə görə, onu Kərim Benzemanın əvəzedicisi kimi görən "Əl-İttihad" qvineyalı futbolçunun transferinə mane ola bilər. Səudiyyə Ərəbistanı tərəfi "Barselona"nın Qirassi ilə maraqlanmasından narahatdır.
Qeyd edək ki, hücumçu bu mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxıb, 18 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.