“Olimpiakos” Avropa Liqasının III turunda “Qarabağ”la oyunöncəsi ciddi problemlərlə üzləşib. Sport24.az xəbər verir ki, Pirey təmsilçisi xüsusən hücum xəttində sıxıntı yaşayır.

Belə ki, Sedrik Bakambunun Avropa Liqası üçün sifariş olunmaması, Yussef el-Arabinin isə zədələnməsi baş məşqçi Miçelin planlarını pozub. Həmçinin Hvan Ui-Jonun da durumu qeyri-müəyyəndi.

İspaniyalı mütəxəssisin hazırda sərəncamındakı yeganə forvard Abubakar Kamaradır. Ancaq məsələ ondadı ki, çalışdırıcı mavritaniyalıya güvənmir.

Bu səbəbdən Miçel “Qarabağ”la qarşılaşmada pleymeyker Pep Bieli gizli “9 nömrə” kimi oynatmağı planlaşdırır.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.