"Qarabağ"ın mərkəz müdafiəçiləri - kapitan Maksim Medvedevlə kolumbiyalı Kevin Medina 74 günlük fasilədən sonra yaşıl meydana qayıdıblar. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində "Sürix"lə iyulun 27-də İsveçrədəki cavab oyununda zədələnən hər iki stopper "Qəbələ" ilə hazırda ilk hissəni gedən görüşdə start heyətində yer alıb. 

Bununla Medvedevlə Medina bu mövsüm Misli Premyer Liqasında debüt oyununa çıxıblar. Onları bu 2,5 aylıq müddətdə əvəzləmiş duetdən Bəhlul Mustafazadə ilə Bədavi Hüseynovdan birinci ehtiyatda yer alıb. Bədavi isə millimizin digər üzvü - yarımmüdafiəçi Riçard Almeydayla adları protokolda belə yoxdu və matçı fəxri trubunadan birgə izləyirlər.

Xatırladaq ki, Medvedevdən fərqli Medinanın zədəsi daha ciddi olduğundan, Almaniyada əməliyyat olunmuşdu. Həm o, həm də Maksim Sürixdə 2:2 hesabıyla nəticələnən qarşılaşmada zədəyə görə əvəzlənmişdilər.

 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ