"Napoli"nin futbolçusu Skott Maktominey Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Qarabağ"a qalib gəldikləri matç (2:0) haqda danışıb. Sport24.az xəbər verir ki, komandasının ilk qolunun müəllifi olan və görüşdə bir neçə təhlükəli vəziyyət yaradan 29 yaşlı yarımmüdafiəçi vacib 3 xal qazandıqlarını deyib: 

 

"Oyuna yaxşı başlamamışdıq. İkinci hissədə daha yaxşı çıxış etdik. Lakin "Qarabağ"a daha çox qol vurmalı idik. 

 

Məqqsədim komandama kömək etməkdir. Bizim üçün bu 3 xal çox vacib idi. lub olaraq çatmaq istədiyimiz arzularımız var".