Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" II Bundesliqada növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə "Braunşveyq"lə qarşılaşıb.

 

Matç "Kayzerslautern"in məğlubiyyəti ilə başa çatıb – 0:2.

 

Mahir görüşdə iştirak etməyib. Onun adı heyətə daxil edilməyib.

 

"Kazyerslautern" 31 turdan sonra 46 xalla 7-ci sıradadır.