Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Kayzerslautern" II Bundesliqada növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, sözügedən komanda səfərdə "Herta" ilə qarşılaşıb.
Görüş Berlin təmsilçisinin qələbəsiylə başa çatıb – 1:0.
Mahir oyunda iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.
"Kayzerslautern" 29 turdan sonra 46 xalla 7-ci sıradadır.