Misli Premyer liqasının 27-ci turunun ikinci oyun gününə "Palms Sports Arena"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divalar" arasında "Araz-Naxçıvan"ı qəbul edir.

 

Hər iki komandanın əsas məqsədi mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaqdır. "Ağ-qaralar" bu oyun ərəfəsində 40 xalla turnir cədvəlinin 5-ci, ondan bir xal geri qalan Naxçıvan təmsilçisi isə 6-cı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "İmişli" və "Turan Tovuz" - Sumqayıt" görüşləri ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

III dövrə, XXVII tur

20:00. "Neftçi" - "Araz-Naxçıvan" 1:0 (Birinci hissə)

Qol: İ. Faraj, 33.

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev
Bakı. "Palms Sports Arena"

 

"Neftçi": 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas

Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala

Ehtiyat oyunçular: 12. Kristian Avram 5. Slavik Alxasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 16. Ramon Maçado 70. Şarl Boli 19. Bar Kohen

Məşqçi: Vadar Nuriyev