Milli komandamızın heyətindən zədə səbəbindən kənarlaşdırılan Mahir Emrelinin durumu bəlli olub. Sport24.az-a verilən məlumata görə, 26 yaşlı hücumçunun qasıq nahiyəsində zədə aşkarlanıb. 

Bu, Türkiyə Super Liqasının son turunda "Qalatasaray"la səfər matçında bəlli olub.

Mahir bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək. O, Türkiyə Super Liqasının növbəti turunun "Ümraniyespor"la görüşğ hazır olacaq.

Xatırladaq ki, Emreli Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə səfər oyunlarında iştirak etməyəcək.