"Karlsrue" ilə matçda fərqlənən Mahir Emreli Almaniya mətbuatına açıqlama verib. Sport24.az xəbər verir ki, millimizin də şərəfini qoruyan futbolçu "Treffpunkt-betze" qəzetinə açıqlamasında komandasının uğur qazanması üşüm əlindən gələni etdiyini söyləyib:

 

"Azarkeşlər çox sayda mesajlar göndərdilər. Mənə inandıqlarını göstərdilər. Derbi atmosferi digər oyunlardan fərqlidir. Baş məşqçi ilə yaxşı münasibətim var. Zədəli olanda komandadan bir az uzaqda qaldım. Baş məşqçidən daha çox oyun vaxtı qazanmaq üçün nə edə biləcəyimi soruşdum. O, məşqdəki çıxışlarımdan razıdır. Cəmi beş dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram".

 

Emreli "Karlsrue" ilə qarşılaşmanın onun üçün emosional an olduğunu vurğulayıb:

 

"Çünki son bir neçə həftə və ay çətin dövr oldu. Belə qarşılaşmada, fantastik atmosferdə ilk qolumu vurmaq məni çox xoşbəxt edir. Xüsusən də zədə səbəbindən yaranan uzun fasilədən sonra".

 

Qeyd edək ki, "Kayzerslautern" - "Karlsrue" görüşü meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 83-cü dəqiqədə meydana çıxan Mahir 90+4-cü dəqiqədə üçüncü qolun müəllifi olub.