Polşanın "Motor" klubunun vidalaşmaq istədiyi Renat Dadaşov hələ də özünə yeni komanda tapa bilməyib. Sport24.az-ın məlumatına görə, milli üzvü bu səbəbdən istirahəti başa çatdıqdan sonra Ekstraklasa təmsilçisinin düşərgəsinə qoşulub.

Hətta "Motor" Dadaşovun müqaviləsinə qarşılıqlı razılıq əsasında da xitam verməyə hazırdır.

Klub oyunçunun gələcək planlarına daxil olmadığını da diqqətə çatdırıb.

Qeyd edək ki, Renat Dadaşovun "Motor"la cari ilin yayınadək sözləşməsi var.