Premyer Liqada XIV tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, turun son qarşılaşması Sumqayıtda keçiriləcək.

 

Şəhərin eyniadlı komandası "Şamaxı"nı qonaq edəcək. "Kİmyaçılar" turnir cədvəlində 13 xalla 6-cı, eyni xalı olan "Şamaxı" isə 7-cidir. 

 

Qeyd edək ki, bu komandalar arasında I dövrənin oyunu "Şamaxı"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Misli Premyer Liqası

II dövrə, XIV tur

19:00. "Sumqayıt" - "Şamaxı"

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə 
VAR: Rauf Allahverdiyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Nəriman Axundov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.