"İlk hissə nəzarətimiz altında keçdi. Çox qol imkanı yaratdıq, lakin bunu reallaşdıra bilmədik. İkinci hissə bərabər səviyyədə keçdi. Buraxmayacağımız bir qolu qapımızda gördük. Bu oyunda futbolçular buraxılan qola yaxşı reaksiya verdi və hesabı bərabərləşdirə bildik". Sport24.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Visente Qomez Premyer Liqanın XVII turunda "Keşlə"ylə evdə 1:1 hesabıyla nəticələnən ev matçından sonra keçirdiyi mətbuat konfransında bildirib. 

Çempionat sona yaxınlaşsa da, isoaniyalı mütəxəssisin rəhbərlik etdiyi komanda qol imkanlarını sağa-sola xərcləməklə məşğuldu. Maraqlıdı, "Sabah" nə üçün qol imkanlarından yararlana bilmir?: "Bu suala cavab vermək çətindir. Düşdüyümüz bu “qara zolaq”da çox səhv edirik. İstədiyimiz yerdə deyilik. Çalışırıq ki, bu vəziyyətdən çıxaq. İlk hissədəki oyunumuz bizə ümid verir. Bu oyunu davam etdirsək, “qara zolaq”dan çıxa biləcəyimizə inanıram".