"Keşlə" müqaviləsi olub, ancaq ona lazım olmayan futbolçularının göndərilməsi məsələsini həll edir. Sport24.az xəbər verir ki, Syerra-Leone yığmasının üzvü olan mərkəz yarımmüdafiəçisi Con Kamaranın qalan 1 illik müqaviləsinə xitam verilməsində son nöqtə qoyulub.

Belə ki, Kamaranın müqaviləsində 2 aylıq məvacibi veriləcəyi halda onunla yolların ayrılmasının mümkünlüyü ilə bağlı bənd var. Paytaxt klubu bundan istifadə edərək Conu yola sala bilib.

Cinah hücumçusu olan Nicat Qurbanova isə özünə yeni klub tapmaq tövsiyə olunub. "Keşlə" bu yöndə özü də futbolçuya yardımçı olmağa çalışır. Məsələ müsbət həll olunacağı halda, bu ilin sonunadək müqaviləsi olan futbolçunun icarəyə veriləcəyi gözlənilir.

Xatırladaq ki, 33 yaşlı Kamara "Keşlə"yə 2018/19, 29 yaşlı Qurbanov 2020/21 mövsümünün qış fasiləsində gəlib.