"Kəpəz" iki transferi birdən reallaşdırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə,  yeni baş məşqçi Tərlan Əhmədovun gəlişindən sonra iki mövqeyə gözlənilən keçidlər reallaşıb.

Bunlar serbiyalı qapıçı Stefan Çupiç və iranlı hücumçu Əhməd Əkcəburidi. 28 yaşlı Çupiçin son klubu Nikosiya "Olimpiakos"u olub. 29 yaşlı Əlcəburinin isə indiyədək karyerası Vətəninə bağlı olub və son kıubu "Nəft" idi. Hər ikisi azad agent statusuna malikdi.

Onlar bu tura çatmasalar da, növbəti matça heyətdə olacaqlar. Bu yerdə bildirək ki, Premyer Liqamızda millinin matçlarıyla əlaqədar ikihəftəlik fasilə olacaq.