Bu gün "Kəpəz" və "Şamaxı" arasında yoxlama oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, "Kəpəz" bunadək "Qəbələ" ilə yoxlama oyununda uduzub - 0:2. Gəncə təmsilçisi toplanış çərçivəsində daha 3 görüş keçirməyi planlaşdırır. "Şamaxı" da "Qəbələ"yə yebilib - 1:2.
Qeyd edək ki, Misli Premyer liqasında yeni mövsüm avqustun 15-də start götürür.