Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XI - "Zəfər turu"na yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Qəbələdə baş tutacaq.
"Kəpəz" "Sabah"la üz-üzə gələcək. Gəncə klubu hazırda 3 xalla turnir cədvəlində sonuncudur. Azər Bağırovun çalışdırdığı komanda bu görüşdə qalib gələcəyi halda 2 pillə irəliləyərək 10-cu ola bilər. Paytaxt təmsilçisi isə 18 xalla altıncı yerdədir. "Sabah" isə bu matçdan 3 xalla ayrılacağı təqdirdə ilk dövrəni ilk "üçlük"də bitirəcək.
Qeyd edək ki, oyunun start fiti saat 15:44-də səslənəcək.
Misli Premyer Liqası
I dövrə, XI tur
15:44. "Kəpəz" - "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Qəbələ. Şəhər stadionu.