Polşada futbol üzrə ölkə çempionatının 15-ci turu keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rənat Dadaşovun çıxış etdiyi "Motor" (Lyublin) evdə "Visla" ilə 1:1 hesablı heç-heçə edib.

 

Dadaşov oyuna sifariş edilsə də, bütün matçı ehtiyat oyunçular skamyasında keçirib.

 

Hazırda "Motor" 16 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.