"Həm klub, həm də mənim üçün belə məsləhət oldu". Bu sözləri Sport24.az-a "Kəpəz"in vidalaşdığı futbolçu İlkin Qırtımov deyib.
Təcrübəli müdafiəçi Gəncə təmsilçisi ilə yollarını ayırması barədə danışıb:
"Hər iki tərəf üçün xeyirli olsun. Orada mənə dəstək olanlara uğurlar arzulayıram. "Kəpəz" azarkeşi hər şeyin ən yaxşısına layiqdir. İlqar Nadiri və Adil Şükürovla söhbətimiz oldu. Vəziyyəti izah etdim. Sağ olsunlar, başa düşdülər. Yəni, öz istəyimlə komandadan ayrılmışam".
Qırtımov "Kəpəz"in ona yeni müqavilə təklif etdiyini də gizlətməyib:
"Bəli. Klubda qala bilərdim. Sadəcə, belə daha uyğundur. Başqa təklifim var. Böyük ehtimal onu dəyərləndirəcəyəm".
Qeyd edək ki, ötən mövsüm Gəncə təmsilçisinə qoşulan İlkin Qırtımov 17 çempionat matçında meydana çıxıb.