"Kəpəz"in dördüncü dövrədə ev oyunlarını keçirəcəyi məkan müəyyənləşib. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisi Tovuzda çıxış edəcək.


Bu barədə saytlmıza eksklüziv məlumatı klubun İdarə Heyətinin sədri İlqar Nadiri verib: "Tovuz təmsilçisinin rəhbəri Ehtiram Quliyevlə şifahi razılığa gəlmişik. Yeganə istisna "Qarabağ"la matçdı ki, bu gorüşü Tofiq Bəhramov adına stadionda keçirəcəyik.". Həmsöhbətimiz Ehtiram Quliyevə ev oyunlarını Tovuzda keçirməyə razılıq verdiyi üçün xüsusi təşəkkürünü bildirməyi də unutmayıb.


İlqar Nadiri ilə geniş müsahibə bir neçə saatdan sonra dərc olunacaq.