"Kəpəz" Misli Premyer Liqasının XVI turunda "Zirə"yə 0:4 hesabı ilə məğlub oldu. Oyundan sonra "Kəpəz"in futbolçusu Ehtiram Şahverdiyev matçla bağlı Sport24.az-a açıqlama verib:

 

"Oturuşmuş bir kollektivə qarşı oyun keçirdik. Matçın çətin olacağını bilirdik. Oyuna ciddi hazırlaşmışdıq ki, xal qazanaq. Təəssüf olsun alınmadı. Ani diqqətsizliyimizdən qapımızda qol gördük. Nə qədər də geridönüş etməyə cəhd etsək belə alınmadı. Hələ qarşıda uzun marafon var. Növbəti oyunlara diqqətli hazırlaşıb xal və ya xallar qazanmağa çalışacayıq. Turnir cədvəlində irəli getmək istəyirik".