Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan-Yevlax" futbolçusu Əli Abdullayevlə müqaviləni yeniləyib. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Müdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Abdullayev ötən mövsüm "Karvan-Yevlax"ın heyətində 25 oyuna çıxıb.