"Difai" heyətini yeni oyunçu ilə gücləndirib.;Sport24.az xəbər verir ki, I Liqa təmsilçisi Roman Hüseynovla anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

28 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Roman Hüseynovun son klubu "Karvan-Yevlax" olub. O, daha əvvəl "Qəbələ", "Kəpəz", "Sumqayıt", "Mingəçevir" və "Şamaxı"da çıxış edib.