"Karvan" heyətini daha bir futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Komandanın növbəti transferi Elvin Yunuszadə olub. Onunla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 32 yaşlı mərkəz müdafiəçisi son olaraq "Qəbələ" klubunda forma geyinib.