"Baş məşqçimizə "xoş gəlmisiniz" deyir, bizə qələbələr gətirməsini arzulayırıq". Sport24.az xəbər verir ki, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev komandanın yeni baş məşqçisi ilə bağlı "Bakcell Arena"da təşkil olunmuş mətbuat konfransında deyib.
O, Müşahidə Şurasının onlayn konfrenasından sonra bu qərar qəbul olunduğunu diqqətə çatdırlb: "2 illik müqavilə imzaladıq. Regekampf işlədiyi klublarda uğur qazanıb, avrokuboklarda 1/8 finaladək irəliləyib. Böyük komandalara qarşı yaxşı mübarizə aparıb. Özü ilə uzunmüddətli danışıqlarımız olub. Çox iddialı və istəklidir"
Klub prezidenti Regekampfla danışıqlar prosesinin gedişatını da açıqlayıb: "Neftçi" böyük klubdu və bu üzdən seçimimizdə yanılmamalıyıq. Bir neçə namizədlə danışıqlarımız olub. Sonda bütün komponentlərə uyğun qərar verdik. Bəzi məqamlarda suallar yaranır, problemlər ortaya çıxır. Cavabları aldıqca, müəyyən qərara gəldik. İstədiyimizə nail olduq. İnanmaq istəyirik ki, ən doğru seçimi etdik".
Quliyev eni baş məşqçinin ayda 40 000 avro maaş alacağı barədə Rumıniya mətbuatında yazılanlar həqitəyəuyğun olmadığını vurğulayıb: "Məbləğ xeyli aşağıdır. Regekampf yaxşı heyət qura bilən məşqçidir. Yaxşı futbolçular gələcək. Baş məşqçimiz ona özünün də icazəsiylə "Rege" deyə biləcəyimizi söyləyib. Ambissiyalıdır, bura titul qazanmaq üçün gəlib. Ona dəstək olmağınızı xahiş edirəm".