"Oğlum Kubok oyunumuzu stadiondan izləyirdi. Komanda yoldaşları ilə birgə orda ilər. Matçdan sonra da müzakirələrimiz olub. O, "Neftçi"nin futbolçusudu" Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un qapıçısı Kamal Bayramov deyib.

Bayramov 12 yaşlı oğlu Saidin də "Bakcell Arena"dakı stadiondan izlədiyini söyləyib: "Oyundan əvvəl mənə dedi ki, nə "Neftçi"yə, nə də "Turan Tovuz"a azarkeşlik edirəm. Sənə azarkeşlik edəcəm. Dedim ki, ola bilər ki, sən "Neftçi"də, mən "Turan Tovuz"da üz-üzə oynadıq. Bu gün Buffonun 44 yaşı var. Dedi ki, o, başqa məsələdi. Üz-üzə oynayanda danışarıq. Oyunlardan sonra ona epizodları izah edirəm. Məsələn, deyirəm ki, burda səhvim var  sən maksimum dərəcədə bu səhvləri buraxma. Dediklərimi yerinə yetirməlisən. Özüm 8 yaşda topun nə olduğunu bilmirdim. Amma o, indi yaxşı çıxış edir".

Qeyd edək Kamal Bayramovun oğlu Said "Neftçi"nin U-12 komandasının qapıçısıdır.