"Neftçi" təcrübə, maliyyə və futbolçu keyfiyyəti baxımından bizdən üstün komandadı. Biz də maksimum dərəcədə bura qədər gəlmişik. Amma istəyirik ki, burdan da yuxarı gedək. Gedə biləcəyiksə, şükür, gedə bilməyəcəyiksə, bununla razılaşacağıq". Bu sözləri Sport24.az-ın Tovuza ezam olunmuş əməkdaşına açıqlamasında "Turan Tovuz"un kapitanı Kamal Bayramov deyib.

Təcrübəli qolkiper Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" ilə keçirilən ilk oyunda qazandıqları vacib qələbəni belə şərh edib: "Maksimum dərəcədə işimizi görməyə çalışırıq. Gələcəkdə nə olacağını deyə bilmərəm. Komanda vuruşdu, əlindən gələni etdi. Müdafiə planında çox yüksək səviyyədə iştirak etdik. Hamı bir-birini yaxşı başa düşürdü. Düşünürəm ki, bundan əvvəlki oyunlarda da bunu edə bilərdik".

Qeyd edək ki, "Turan Tovuz" - "Neftçi" oyunu 1:0 hesabı ilə başa çatıb.

 

 

MEHMAN SÜLEYMANOV, Tovuz - Bakı