"Ağır oyun idi. Son iki turda məğlub olmuşduq. Bizim üçün nəticə önəmli idi. Çox yaxşı komandaya qarşı oynadıq və bir xal aldıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un kapitanı Kamal Bayramov deyib.
Təcrübəli qolkiper komandadakı vəziyyətdən söz açıb: "Komandanın hazırkı durumu normaldır. Bu günə olan işimizin öhdəsindən gəlirik. Amma bu göstərici komandamızın maksimumu deyil. Yeni yaranmış komanda olduğumuz üçün müəyyən çətinliklərlə qarşılaşa bilərik. Bu barədə mövsümün əvvəlində düşünmüşdük. Baş məşqçimiz hər bir vəziyyətlə bağlı bizə məlumat verib".
Qeyd edək ki, "Turan Tovuz" hazırda 27 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
KAMAL RZA