"Qarabağ"ın braziliyalı hücumçusu Olaviyo Juninyo "Sevilya"dan aldığı təklifə ilk dəfə münasibət bildirib. Sport24.az xəbər verir ki, hazırda iki klub arasında danışıqlar davam edir.
Juninyo özü isə "Estadio Deportivo"ya açıqlamasında La Liqa klubunun təklifinə münasibət bildirib: "Hazırda bu barədə çox danışa bilmərəm. Çünki məndən əvvəl klubum var. Bu, təkcə məndən asılı olan məsələ deyil".
Qeyd edək ki, Juninyonun "Qarabağ"la müqaviləsi 2026-cı ilin iyununda başa çatır. 28 yaşlı hücumçu Ağdam komandasına 2023-cü ilin yayında Portuqaliyanın "Çavez" klubundan transfer olunub.