"Turan Tovuz"un futbolçusu Fərid Yusifli Premyer Liqada "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi 1:1 hesabıyla bitən görüşlə bağlı instaqram hesabında bunları yazıb:

 

"Çətin ev oyununda 1 xal qazandıq yox, 2 xal itirdik deyərdim. Xeyirlisi Allahdandır".

 

"Turan Tovuz" 18 turdan sonra 32 xalla 3-cü sırada qərarlaşıb.