Yaxşı oyun alındı. Hər iki komanda hərəkətli idi. Qışa kimi göstərdiyimiz oyunların içərisində ən yaxşılardan biri idi. Məğlub olduq. Komanda olaraq yaxşı iş gördük. Qışdan sonra üst pillələrdə yerimizi qoruyaraq, iddiamızı artıracağıq".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"nın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 18-ci turunun "Qarabağ"la matçından sonra keçirilmiş mətbuat konfransında danışıb.

 

O, jurnalistlərin suallarını da cavablandırıb.

 

- Qol vursanız da, hakim qeydə almadı. Narazılıqlar var idi. Sizcə ofsayd var idi, yoxsa hakim bir xalı əlinizdən aldı?

- Mənim fikrim başqa cür yozulur, hakimlərin başqa cür. Keçən oyunda da penalti var idi. Bizə görə belə idi, onlara görə fərqli. Futbolda olan prosesdir. Bununla barışmaq lazımdır. Amma qərarı verən onlardır. Hörmətlə yanaşırıq.

 

- "Araz-Naxçıvan"ın nəticələri bir çoxları üçün gözlənilməzdir. Özünüz üçün də belədir?

- Heç kəs inanmsa da, bu komandanı mən yığmışam və futbolçuları yığanda da potensialına bələd idim. Yaxşı oyunçularımız var. Qələbələrə ac futbolçulardır. Oyun planında desəm ki, bu komandanı istəyirəm, yox. Daha yaxşı, oyun planında daha kreativ ola bilərik. Ümid edirəm kik, qışda sonra oyun planında daha da arıtacağıq.

 

- Qış hazırlığı ilə bağlı planlar necədir?

- Ölkə daxilində qalacağıq. Vaxt az olduğundan Qısa olduğundan burada olacağıq.

 

- Futbolçu gətirəcəksiz?

- Çox geniş heyətimiz yoxdur. Yeni futbolçular ola bilər. İstədiyim tipdə olsa, güclənməyə həmişə hazırıq.