"Bakıda "Bilgah Beach" otelində qalırıq. Kart, "PlayStation" oynayır və söhbət edirik". Sport24.az xəbər verir ki, bunu Bakıda səfərdə olan İsveçrə yığmasının futbolçusu Haris Seferoviç deyib.

"Benfika"nın 29 yaşlı hücumçusunun sözlərinə görə, paytaxtımıza ilk məşqfə komandasında əhval-ruhiyyə əladı, özlərini sanki evdə hiss edirlər: "Hava yaxşıdı. Burda isti olduğundan xoşdu, İsveçrədə olduğu kimi yağışlı deyil. Yaxşı məşq elədik və razıyıq".

Portuqaliya çempionatda az qalan son mövsümün bombardiri olan Sfereov millidə belə məhsuldarlıq göstərə bilmir. Təsadüfi deyil ki, ucaboylu forvard böyük turnirlərdə - Avropa və dünya çempionatının final mərhələlərində 11 matçda 1 qola imza atıb. O, reallığı dərk edir: "Qol imkanlarımdan istifadə etməliyəm, bu, aydındı. Növbəti şans gəlsə, bundan yararlanacam. Əvvəllər əldən buraxdığım şanslarına görə üzülürdüm. Neqativ fikirlərə görə konsetrasiyanı itirdim. İndi belə vəziyyətlərin öhdəsindən yetərincə sakit gəlirəm".

Haris iİyunun 12-də Bakı Olimpiya Stadionunda Uelslə keçirəcəkləri oyundan 3 xalla ayrılmaq istədiklərini bildirib: "İtaliya ilə Romada keçirəcəyimiz ikinci tur oyununa 3 xalla yollanmaq yaxşı olardı. 

Almaniya "Auqsburq"undan çağırılmış vinger,  Avropa çempionatının debütantı Ruben Varqas isə Bakıda onlara yaradılmış şəraitdən razılıq ifadə edib: "Yaxşı otelimiz, yaxşı yeməyimiz və yaxşı məşq meydanımız var".