"Bakı" TFK komandası AFFA Region Liqasından kənarlaşdırılıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

 

Paytaxt təmsilçisi "Beyləqan"la oyunda təyin olunan vaxtda meydanda olmayıb. Bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Bu hal üçüncü dəfə təkrarlandığı üçün "Bakı" TFK yarışdan uzaqlaşdırılıb.