AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXI turunun oyunlarında baş verənlər müzakirə olunub.
"Sabah"ın futbolçusu İqor Noqeyra "Kəpəz"lə matçda qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimələnib.
"Neftçi" – "Şamaxı" qarşılaşmasında 5 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib.
"Sumqayıt" – "Araz-Naxçıvan" qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan qonaqlar 700 manat cərimə edilib.
"Zirə – "Qarabağ" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə qəsəbə klubu 800 manat cərimələnib.