AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker hakim İnqilab Məmmədovu cəzalandırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, buna ədalət təmsilçisinin Misli Premyer Liqasının VIII turunda keçirilmiş "İmişli" - "Qəbələ" (2:2) oyununda kobud səhvə yol verməsi səbəb olub.
"İmişli"nin müdafiəçisi Ronaldo de Souza 59-cu dəqiqədə "Qəbələ"nin təhlükəli hücumunun qarşısını əllə alıb.
Buna baxmayaraq, matçın baş hakimi İnqilab Məmmədov "İmişli"nin braziliyalı legionerinə vərəqə göstərməyib. 
Bu hadisədən sonra Məmmədov IX və X tur matçlarına təyinat ala bilməyib. Böyük ehtimalla, ona qarşıdakı həftələrdə də etimad göstərilməyəcək.
 
     
                         
                 
                 
                 
                 
                