Bu gün I Liqada 26-cı tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçiriləcək.

 

   

 

"İmişli" "Bakı Sportinq"i, "Karvan" isə "Qaradağ Lökbatan"ı qonaq edir. "İmişli" qələbə qazanarcağı, "Karvan"ın isə xal itirəcəyi halda Fərid Namazovun komandası 2-ciliyi təmin edəcək.

 

Qeyd edək ki, "Qəbələ" I Liqada çempionluğu rəsmiləşdirib. "İmişli" və "Karvan" isə növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib

 

16 may (cümə)

17:00. "Difai" – "Cəbrayıl"

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov

Şamaxı OİK stadionu

17:00. "İmişli" – "Baku Sporting"

Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Zakir Şükürzadə, Sənan Bayramzadə

Heydər Əliyev adına İmişli şəhər stadionu

17:00. MOİK – "Mingəçevir"

Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Anar Bədəlov, Şamil İmanzadə

Binə qəsəbə stadionu

17:00. "Karvan" – "Qaradağ Lökbatan"

Hakimlər: Mahmud Bağırzadə, Nurlan Əhmədzadə, Rasim Axundov, Ruslan Quliyev

Yevlax şəhər stadionu

15 may 

"Qəbələ" – "Zaqatala" - 4:0