II Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Hypers Guba"nın futbolçusu Hüseyn Novruzov mükafatlandırılıb. Sport24.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

 

May ayının ən yaxşı qolunun müəllifinə mükafatı AFFA-nın inzibati binasında PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.