"Zirə"nin futbolçusu Hacıağa Hacılı Sport24.az saytına müsahibə verib.

 

- "Kəpəz" üzərində vacib qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz?

- Son oyunlarda qazanılan hər bir qələbə çox önəmlidir. Çünki əvvəlki turlarda çox xal itkiləri ilə qarşılaşdıq. Qallib gəlmək üçün növbəti oyunları son oyunumuz kimi oynayacayıq.

 

- "Zirə"nin avrokubok şanslarını necə dəyərləndirirsən?

- Avrokubok şanslarımız var. Hələ heç nə itirilməyib. Davam eləmək lazımdı.

 

- İkinci dövrədəki nəticələri uğurlu hesab edirsən?

- Birinci və ikinci dövrədir deyə, heç vaxt ayırmıram. Ümümilikdə hansı nəticə qazanmışıq o vacibdir. Bu nəticəyə bəlkə keçən il qane olmaq olardı. Amma bu il üçün azdı. Xallarımızı daha da artırmalıyıq.

 

- Uzun müddətdən sonra səni əsas heyətdə gördük. Öz oyunundan razı qaldın?

- Çoxdandı meydanda olmurdum. Oynamaq üçün darıxmışdım. Futbol oynamağa acımışam. Mənə verilən şansı dəyərləndirməyə çalışacam.

 

- "Kəpəz"lə oyunda fərqli mövqeydə oynayırdın. Çətin olmadı ki?

-İstər-istəməz başqa mövqedə oynayanda özünü yad hiss edirsən. Amma matçda dəqiqələr ötdükcə öyrəşirsən.

 

- "Turan Tovuz"la oyundan gözləntiləriniz necədir?

- "Turan Tovuz" yaxşı komandadı. Bizi maraqlı və gərgin oyun gözləyir.