Təmirə bağlanan Gəncə şəhər stadionunun yenidən istifadəyə veriləcəyi tarix bəllidi. Sport24.az-an əldə etdiyi məlumata görə, demək olar ki, yenidən qurulan arena 2024-cü ilin dekabrında qapılarını azarkeşlərin üzünə açacaq.

 

Gəncə şəhəri MDB ölkələrinin üçüncü Oyunlarına ev sahibliyi edəcək. Bu üzdən ölkənin ikinci ən böyük şəhərinin stadionunda görüləcək işlərə dövlət qurumlarının nəzarəti altındadı.

 

Qeyd edək ki, III MDB Oyunlarının 2025-ci ilin yayında keçirilməsi planlaşdırılır.

RƏŞAD QASIMOV