"Mingəçevir"in klubunun rəhbərliyi ilə ilkin görüşümüz olub". Bu sözləri Sport24.az saytına açıqlamasında Füzuli Məmmədov deyib.

 

Adı Birinci Liqa təmsilçisi "Mingəçevir"lə yanaşı hallanan məşqçi suallara aydınlıq gətirib:

 

"Komandanın gələcək planları haqda məlumat almışam. İstəklərimi rəhbərliyə bildirmişəm. Sadəcə, rəsmi müqavilə olmadığından dəqiq bir söz deyə bilmirəm. Gələcəkdə "Mingəçevir"in hədəfləri barədə mənə məlumat verilib".

 

Qeyd edək ki, "Mingəçevir" komandasını buna qədər Ədəhim Niftəliyev çalışdırırdı.