"Sabah" səfərdə "Petrokub"dan bütün göstəricilərdə üstün idi. Bunun sayəsində layiqli qələbə qazandı". Bu sözləri Sport24.az-a açıqlamasında Füzuli Məmmədov deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində baş tutacaq "Petrokub"la qarşılaması haqda fikirlərini bölüşüb:
"Moldova təmsilçisinin 0:2 hesabını aradan qaldırması həm taktiki, həm də keyfiyyət baxımından mümkün deyil. "Sabah"ın yeni baş məşqçisi var, komanda oyundan-oyuna daha yaxşı olacaq. Mövsüm ərzində baş məşqçinin oyun planını tam görəcəyik. İnanmıram "Sabah" bu günkü oyuna rahat çıxsın. Konfrans Liqasında heç bir səhv bağışlanılmır. Fikrimcə, təmsilçimiz bu gün də qalib gəlib növbəti mərhələyə vəsiqə qazanacaq.
Qeyd edək ki, Masazırda baş tutacaq "Sabah" - "Petrokub" matçına saat 20:00-da start veriləcək.