"Turanın israrına görə belə bir qərar verdik. Çünki israrla o komandaya getmək istədi. Amma düşünmürəm ki, bizim Premyer Liqanın reytinqi, oyun səviyyəsi aşağıdı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev bildirib.

24 yaşlı sol cinah müdafiəçisi Turan Manfovun Yunanıstanın II liqa təmsilçisi olan Volos "Olimpiakos"una keçidini dəyərləndirən 41 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının həmin çempionatdan səviyyəcə aşağı hesab etmir: "Yenə hər halda, futbolçunun istəyi önəmlidi və biz də istədik ki, onun üçün bir sınaq kimi də olsun, ondan istifadə eləsin. Bəlkə də Manafov üçün bir tramplin rolunu oynaya bilər bi keçid. Buna görə futbolçumuza belə anlaşma, təklif irəli sürdük ki, ən azından icarəyə gedib bir sınaq keçmək daha yaxşı olar".

Xatırladaq ki, "Səbail" Turanla müqaviləsini daha 1 illiyə - 2022/23 mövsümünün sonunadək uzadaraq onu mayın 31-dək yunanlara icarəyə verib. 

 

 

MEHMAN SÜLEYMANOV