Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində səfərdə “Sumqayıt”a 3:0 hesabı ilə məglub edən “Sabah”ın baş məşqçisi əvəzi İntiqam Hüseynov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis oyun haqda qısa danışdı.

- Uşaqlar bu qələbəyə doğru çox əziyyət çəkdilər. Rəqib də əzmkar oyun göstərdi. Futbolçularımızı təbrik edirəm.

- Qələbənin memarı Ramin Quliyevi hesab edirsiniz?
- Ramin Quliyev son iki günədək komandanı hazırlayırdı. Rəqibin 10 nəfərlə qalması müəyyən dəyişikliklərə rəvac verdi.

- Baş məşqçi siz göstərilsəniz də, bu funksiyanı İqor Ponomaryov icra edirdi...
- Bütün məşq proseslərinə nəzarət İqor Anatolyeviçdədi. Futbolçularımızı da yetərincə yaxşı tanıyır.