FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Panevejis" (Litva) – "Makkabi" (Təl-Əviv, İsrail) qarşılaşmasının baş hakimi olacaq. Sport24.az xəbər verir ki, Zeynal Zeynalov və Akif Əmirəli ona yardım edəcəklər.
Kamal Umudlu dördüncü hakim funksiyasını həyata keçirəcək. Matça AVAR kimi təyinat alan şəxs isə Elçin Məsiyevdir.