UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab matçları keçirilib. Sport.az xəbər verir ki, Polşanın "Rakuv" klubu səfərdə Maltanın "Valletta" komandasının qonağı olub.

 

Rəqibini cavabsız 4 qolla darmadağın edən Çenstoxova təmsilçisi iki oyunun nəticəsinə görə (7:1) rahatlıqla növbəti raunda vəsiqə qazanıb.

 

Milli komandamızın hücumçusu Mahir Emreli də bu qarşılaşmada iştirak edib. 29 yaşlı forvard matçın 68-ci dəqiqəsində Tomas Pyenkonu əvəzləyərək yaşıl meydana ayaq basıb.