"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov mövsümün sonunda klubdan ayrılacaq. Sport24.az-ın əldə etdiyi məlumata görə, millinin də formasını geyinən futbolçu Premyer Liqanın başqa bir klubunun maraq dairəsinə düşüb.

 

"Kimyaçılar"la müqaviləsinin müddəti 2025-ci ilin yaynında başa çatacaq Bədəlov "Qarabağ"a keçməyə yaxındı. Ağdam təmsilçisi onu Bədavi Hüseynovun əvəzləyicisi kimi "rənglərinə bağlamağı" düşünür.

 

Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2019-cu ildən "Sumqayıt"ın formasını geyinir.