"Yuventus"un heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, Kenan Yıldız sıradan çıxıb.
Bu barədə "La Gazzetta dello Sporrt" nəşri məlumat yayıb.
Türkiyəli vinger "ağ-qaralar"ın məşqi zamanı baldır əzələsindən zədə alıb. 21 yaşlı futbolçu A Seriyasının 38-ci turunun "Torino" ilə matçında iştirak etməyəcək. Qarşılaşma bu gün baş tutacaq.
Türkiyə milli komandasının baş məşqçisi Vinçentso Montella dünya çempionatı öncəsi gənc ulduzun durumu ilə yaxından maraqlanır.
Kenan Yıldız cari mövsümdə "Yuventus"un heyətində bütün turnirlərdə meydana çıxdığı 47 rəsmi matçda 11 qol və 10 məhsuldar ötürmə ilə yada qalıb.
Qeyd edək ki, Türkiyə yığması gələn ay başlayacaq DÇ-2026-nın final mərhələsində ABŞ, Avstraliya və Kanada ilə bir qrupda mübarizə aparacaq.