Milli komandamızın baş məşqçisi Canni de Byazi ilə PFL prezidenti Elxan Səmədovun bölgələrə səfərləri davam edir. Sport24.az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, onlar bu dəfə bu rayona - "Şamaxı" - "Neftçi" görüşünü izləməyə gəliblər.
De Byazi ilə Səmədov Şamaxı rayonunun icra başçısı Tahir Məmmədovla birgə oyunu fəxri tribunadan seyr edirlər. Futbolun İnkişaf Fondunun icraçı-direktoru Tural Piriyev də Şamaxı şəhər stadionundadı. "Neftçi" rəhbərliyi sırasında kubun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovu vurğulamaq olar.
Xatırladaq ki, saat 15:00-da başlayan qarşılaşmada hesab açılmayıb.
MEHMAN SÜLEYMANOV, Şamaxı