Futbol üzrə Türkiyə 1-ci Liqasında 14-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" doğma meydanda "Yeni Malatyaspor"u qəbul edib.

 

Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Coşqun Diniyev də bu görüşün iştirakçısı olub. 29 yaşlı futbolçu matça start heyətində başlayıb. O, 46-cı dəqiqədə əvəzlənib.

 

Xallarını 28-ə yüksəldən "Bandırmaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.