Cənubi Afrika millisinin qapıçısı Ronven Uilyams karyeresını Azərbaycanda davam etdirməyə çox yaxındır. Sport24.az xəbər verir ki, bu barədə 33 yaşlı qolkiperin agenti Kenneth Yamonqbe "Africafoot"a müsahibəsində bildirib.

Ancaq o, müştərisinin üz tutacağı klubun adını açıqlamayıb: "İşimdə çox təmkinli olduğum üçün Cənubi Afrika millisinin kapitanının Azərbaycanda yalnız imzasını qeyd edəcəyəm".

Qeyd edək ki, ölkəsində "Mamelodi Sandaunz" klubunun formasını geyinən Ronven Uilyamsın müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir. Qapıçının "transfermarkt"da bazar dəyəri 1 milyon avro olaraq göstərilib. O, yeniyetməlik illərində İngiltərənin "Tottenhem" klubunun akademiyasına da cəlb edilib.